• 04 Oktyabr 2024 22:33

İmam Mehdi İrandan başlamalıdır – Siyavuş Novruzov

İranın təlim keçirmək üçün kifayət qədər ərazisi olduğu halda bizim sərhəddə bunu həyata keçirməklə Azərbaycanı təhdid etməyə çalışır. Bu artistlik heç bir effekt verməyəcək. Getsin Gilanda, okenda bunu keçirsin.

Tacxeber.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Siyavuş Novruzov deyib.O əlavə edib ki, İran həmişə islam birliyindən danışır, islam dinindən istifadə edir:“Azərbaycan torpaqları 30 il işğal altında qaldı, Azərbaycan islam ölkəsi deyildi? İran hər zaman İmam Mehdinin adından istifadə edir. Mehdi gələndə gərək birinci İrandan başlasın. Mehdi ilk növbədə İrana ədalət gətirsin”.Deputat Türkiyə-Azərbaycan əməkdaşlığının İrana ən tutarlı cavab olduğunu diqqətə çatdırıb.

Tacxeber.az

Oxşar xəbərlər