• 20 Aprel 2024 08:15

İranın Zəngəzurda açdığı alayarımçıq konsulluq binası – Video

İranın Zəngəzurda açdığı alayarımçıq konsulluq binası – Video

Xəbər verdiyimiz kimi bu gün İranın Qafanda konsulluq binasının açılışı olub.

Tacxeber.az xəbər verir ki, erməni mənbələri binanın hələ hazır olmadığını, buna baxmayaraq, İranın təkidi ilə açılış mərasimi keçirildiyini yazır.

Açılış mərasimindən yayılan videoda da konsulluq binasında işlərin tamamlanmadığı görünür. Baxmayaraq ki, operatorlar çöldən qara suvağı yenicə vurulan binanın kadrlara düşməməsi üçün əldən-ayaqdan gedirlər.

Xatırladaq ki, Ərdoğanın Zəngilan Hava Limanının açılışına gəldiyi gün İran XİN başçısı təcili Ermənistana getmiş və “Fars körfəzi-Qara dəniz dəhlizi” haqda xülyasını dilə gətirmişdi. Bunun ardınca isə Qafanda hələ tikilməkdə olan konsulluq binasının açılışını etdi.

Ekspertlərin sözlərinə görə, bunda məqsəd Zəngəzur dəhlizinin qarşısında maneə yaratmaqdır. Belə ki, İran konsulluq xidmətinin mühafizəsi, diplomatların qorunması üçün bölgəyə casus və qüvvələrini yerləşdirmək fürsəti əldə edir. Digər tərəfdən isə Zəngəzur dəhlizi məsələsinə qarşı “Konsulluq binası və diplomatların mühafizəsi” bəhanəsi ilə ordusunu Qərbi Zəngəzura yerləşdirmək hüququ axtarır.

Oxşar xəbərlər