• 22 Noyabr 2024 22:26

Keşikçidağla bağlı Tiflisdən açıqlama: Həllini tapacaq

Keşikçidağ məsələsi müvafiq komissiyanın fəaliyyəti çərçivəsində həllini tapacaq.

Tacxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.

O, Gürcüstan və Azərbaycanın dinamik əlaqələrə malik iki strateji tərəfdaş ölkə olduğunu vurğulayıb:

“Hazırda bizim iki ölkə arasında əlaqələrimiz çox dinamikdir. Biz hər iki ölkənin bir-birinə doğru atdığı addımları yüksək qiymətləndiririk. Qareci (Keşikçidağ-red.) məsələsinə gəldikdə isə, bunun konkret yeri var, müvafiq komissiya çərçivəsində bu məsələ həllini tapacaq. Biz azərbaycanlı tərəfdaşlarımızla bu istiqamətdə ünsiyyəti və məsləhətləşmələri davam etdirəcəyik”.

Tacxeber.az

Oxşar xəbərlər