• 23 Noyabr 2024 00:18

“Qardaşım vəsiyyət edib ki, onu babamla eyni qəbirdə basdıraq”

“Qardaşım vəsiyyət edib ki, onu babamla eyni qəbirdə basdıraq”


Bu gün insanların dəfn olunması məsələsi ətrafında bəzi suallar hələ də cavabsız qalır. Məsələn, “dünyasını dəyişən iki yaxın insan eyni qəbirdə basdırıla bilərmi” deyə sual verilsə, birmənalı olaraq hər birimiz “yox” cavabını verərik. 

Amma Azərbaycanın bəzi bölgələrində belə bir maraqlı dəfn adəti var. Belə ki, bir qəbirin içərisində iki nəfər dəfn edilir.

Mövzu ilə bağlı dindarlığı ilə tanınan meyxanaçı Ağamirzə Məmmədov Yenisabah.az-a danışıb. O, dinimizə görə, buna icazə verildiyini deyib:

“Mən dini baxımdan dəfn işlərinin dəqiq necə olduğunu tam bilmirəm. Amma belə eşitmişəm ki, eyni qəbirdə iki nəfəri dəfn etməyə icazə verilir. Amma bu tez zamanda olmaz, bir dəfnin üzərindən azı 30-40 il keçməlidir, bundan sonra basdırmaq olar”.

Söhbət zamanı məlum olub ki, hətta söz ustadının ailəsində də bunu vəsiyyət edənlər var:

“Kimsə bunu vəsiyyət edirsə, onu dediyi yerdə, dediyi adamla basdırmaq lazımdır. Bu çox yerlərdə var. Çox adam vəsiyyət edir ki, məni filankəsin yanında basdırın. Bunun özüm də çox şahidi olmuşam. Elə mənim böyük qardaşım əvvəlcədən tapşırıb ki, məni babamın yanında, eyni qəbirdə basdırarsınız”.

Tacxeber.az

Oxşar xəbərlər