• 23 Noyabr 2024 02:27

Rüşvətxor məmurların pulları ilə məktəblər tikiləcək

Rüşvətxor məmurların pulları ilə məktəblər tikiləcək  Qazaxıstan hakimiyyəti korrupsionerlərdən müsadirə olunmuş 213 milyon dollara yaxın vəsait hesabına yeni məktəblər tikmək qərarına gəlib.

Bu barədə ölkənin baş naziri Əlixan Smailovun rəsmi saytında məlumat verilib.

“Dövlət başçısının tapşırığına əsasən, korrupsionerlərdən müsadirə edilən vəsaitlər indi məktəblərin və onlara əlavələrin tikintisinə yönəldiləcək. Burada söhbət təxminən 100 milyard tengedən (təxminən 213 milyon dollardan – red.) gedir. Noyabrda vəsaitin ayrılmasına başlanılacaq”, – Smailov bildirib. /Milli.az

Tacxeber.az

Oxşar xəbərlər