• 27 İyul 2024 04:09

Əri tərəfindən bıçaqlanaraq diri-diri basdırıldı – Möcüzəvi şəkildə həyatda qaldı-FOTOVİDEO

ABŞ-da yaşayan 42 yaşlı qadın həyat yodaşıı tərəfindən Vaşinqton ştatındakı evindən qaçırılıb.

Tacxeber.az xəbər verir ki, qollarını və ayaqlarını yapışqan lent ilə bağlayan Çae Kyonq An  həyat yoldaşı Young Sook-un sinəsindən bıçaqlayıb.

Daha sonra isə onu meşədə diri-diri basdırıb. Young Sook burnundan istifadə edərək sağ qalmağı bacarıb. Hadisə oktyabrın 16-da baş verib. Polis hadisənin keçmiş cütlüyün 20 və 11 yaşlı uşaqları evdə olmadığı zaman baş verdiyini bildirib.

4_PAY-Newsflash-ChaeKyong-01

Şahid polisə zəng edərək bir qadının qışqırdığını, ancaq ağzının bağlı olduğunu və danışa bilmədiyini deyib və döyülmə və boğuşma səsləri eşitdiyini bildirib. O, qışqırıqların bir anda kəsildiyini və tamamilə susduğunu bildirib.

Zabitlər gələndə evin boş olduğunu və qarajın qapısının açıq olduğunu görüblər.

0_PAY-Newsflash-ChaeKyong-02

42 yaşlı Young Sook An möcüzəvi şəkildə, burnundan istifadə edərək sağ qalmağı bacarıb. Bir neçə saat yerin altında qalan qadın nəfəs alması üçün burnunu torpağa sürtərək boşluqlar yaradıb və nəfəs almağa nail olub. Daha sonra oradan çıxmağı bacaran qadın yaralı halda meşədən uzaqlaşıb. Qarşısına çxıan ilk evə sığınan qadın ailəyə ərinin onu öldürməyə çalışdığını və hələ də meşədə bir yerdə olduğunu söyləyib. Yaralı qadına kömək edən ailə daha sonra oraya polis çağırıb.

Polisin verdiyi açıqlamada qadının ölümcül olmayan xəsarətlərin müalicəsi üçün yaxınlıqdakı xəstəxanaya aparıldığı bildirilib.

Qadını bu hala salan həyat yodaşı hadisədən bir gün sonra meşəlik ərazidə yaxalanıb.

Oxşar xəbərlər