• 27 İyul 2024 04:01

Qüdrət Həsənquliyev yenidən sədr seçildi

Qüdrət Həsənquliyev yenidən sədr seçildi

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayı keçirilir.

Tacxeber.az xəbər verir ki, partiyanın sədr müavini Əli Həziquliyev qurultayın partiyanın mərkəzi ofisində keçirildiyini bildirib.

O qeyd edib ki, qurultayda təbii ki, partiya sədri də seçiləcək.

Ə.Həziquliyev əlavə edib ki, bu günə kimi partiya üzvlərindən kimsə namizəd olacağı haqqında hər hansı bir açıqlama ilə çıxış etməyib.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) bu gün keçirilən qurultayında partiya sədrliyinə Qüdrət Həsənquliyevin namizədliyi irəli sürülüb.

O, səs çoxluğu ilə yenidən sədr seçilib.

Tacxeber.az

Oxşar xəbərlər