• 18 May 2024 20:04

Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketi

Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketi

ABŞ Konqresi Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketi üzərində işləyir.

Tacxeber.az xəbər verir ki, Demokrat konqresmen Cim Kosta Ukraynaya yeni yardım paketinin nəzərdən keçirilməsi üçün hazırda Konqresin hər iki palatasında danışıqların davam etdiyi barədə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, məsələyə baxılması noyabrın 8-də keçiriləcək seçkilərdən sonra, lakin yeni Konqresin yanvarın əvvəlində işə başlamasından əvvəl aparılmalıdır.

“Biz davam etməliyik. Məhz buna görə də növbəti maliyyə paketi üzrə danışıqlar təcili və zəruri olduğundan həyati əhəmiyyət kəsb edir. Və nə olacağını bilmirik. 18 gün sonra seçkilər. Kevin Makkarti narahatlıq doğuran açıqlamalar verib”.

Qeyd edilib kimi, bu yaxınlarda Respublikaçılar Partiyası aralıq seçkilərdə səs çoxluğu qazanacağı təqdirdə Nümayəndələr Palatasının spikeri postunu tuta biləcək respublikaçı konqresmen Kevin Makkarti Ukraynaya yardıma daha çox nəzarətin zəruriliyini bildirib.

“Hesab edirəm ki, Ukrayna çox vacibdir. Mən bizim irəliləyişimiz proqramını dəstəkləyirəm ki, Rusiya uğursuzluğa düçar olsun, lakin biz limitsiz çeklər yazmamalıyıq. Bizim borcumuz 31 trilyon dollardır”, – Makkarti bildirib.

Tacxeber.az

Oxşar xəbərlər