• 23 Noyabr 2024 07:12

“BakuBus”ın avtobusları ilə bağlı şikayətlər artır” – Ekspert

“BakuBus”ın avtobusları ilə bağlı şikayətlər artır” – Ekspert

“”BakuBus” MMC-yə məxsus “BMC” markalı avtobusun düşdüyü yol-nəqliyyat hadisəsi barədə məlumatda qeyd edilir ki, avtobusun əyləc sistemində nasazlıq olub”.

Tacxeber.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, uzağı 3 ildir istismarda olan bu avtobusların belə texniki nasazlığının olması və həmin nasazlıqla istismar edilməsi təəssüf doğurur:

“Ümumiyyətlə, son vaxtlar “BakuBus” MMC-yə məxsus avtobuslarla bağlı şikayətlər (səs siqnalından yersiz istifadə, siqnalın çox güclü olması, bəzi sürücülərin kobudluğu və s. istiqamətdə) artır. Bakı sakinlərinin fəxr etdiyi avtobuslarla bağlı belə hallar məyusedicidir. Bu MMC-də olan problemlər aradan qaldırılmalıdır. Əks təqdirdə ictimai nəqliyyatdan üz döndərənlər çoxalacaq. Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir”.

Tacxeber.az

Oxşar xəbərlər