• 10 Dekabr 2024 20:59

Britaniyada KRİTİK GƏLİŞMƏ: Conson təcili ölkəyə qayıtdı, 1 həftə ərzində…

Britaniyada KRİTİK GƏLİŞMƏ: Conson təcili ölkəyə qayıtdı, 1 həftə ərzində…

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yenidən hakim Mühafizəkarlar Partiyasının rəhbəri və krallığın baş naziri postuna iddia edə bilməsi üçün kifayət qədər sayda deputatın dəstəyinə malikdir.

Tacxeber.az“Sky News”a istinadla xəbər verir ki, bu barədə oktyabrın 22-də siyasətçiyə yaxın mənbə məlumat verib .

Onun sözlərinə görə, Consonu 100-dən çox deputat dəstəkləyir. Bu əsasda siyasətçinin adı bülletenlərə daxil edilə bilər.

“Boris Consona yaxın mənbə bildirib ki, o, 100 parlamentarinin dəstəyini alıb və seçkilərdə iştirak edə bilər. “Ola bilər” çox maraqlı bənddir”, – “The Times”ın köşə yazarı Tim Şipmanın həmin gün “Twitter”də yaz

Şənbə günü səhər Conson yenidən hökumətin və Mühafizəkarlar Partiyasının rəhbəri ola biləcəyi ilə bağlı şayiələr arasında Böyük Britaniyaya qayıdıb. Siyasətçi tətilini ailəsi ilə birlikdə keçirdiyi Dominikan Respublikasından London hava limanına uçub.

Mühafizəkarların yeni lideri və hökumət başçısı vəzifəsinə namizədi seçmək üçün bir həftə vaxtı var.

Xatırladaq Liz Trass oktyabrın 20-də Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Yeni hökumət başçısı seçilənə qədər o, baş nazir vəzifəsini icra edəcək.

Trass cəmi 44 gün vəzifədə qaldı. Onun baş nazirlik müddəti Britaniya tarixində ən qısa müddət idi. Bu müddət ərzində o, iki baş naziri, parlament fraksiyasının və seçicilərin dəstəyini itirdi və iqtisadi siyasət nəticəsində reytinqi 15%-ə qədər aşağı düşdü.

Tacxebet.az

Oxşar xəbərlər