İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) hazırkı formada təkcə İran üçün deyil, həm də Rusiya üçün faydalıdır.
Tacxeber.az xəbər verir ki, bu sözləri İsrailin müxalif “Likud” partiyasının lideri, sabiq baş nazir Benyamin Netenyahu deyib.
“Foks Nyus”a müsahibəsində Netenyahu bildirib ki, bu nüvə sazişi nə vaxtsa imzalansa, bu, təkcə İrana deyil, o cümlədən Rusiyaya yüz milyardlarla dollar qazandıracaq.
Sabiq baş nazir nəinki İrana, İrana sanksiyaları ləğv etməyə çağıranlara da ağır sanksiyalar tətbiq etməyin vacibliyini bildirib.