• 22 May 2024 00:40

İsrail İran dronlarının yığıldığı aeroportu vurdu

İsrail İran dronlarının yığıldığı aeroportu vurdu

İsrail İranın pilotsuz təyyarələrinin yığılması üçün istifadə edilən Suriyanın Dimas hava limanını vurub.

Tacxeber.az xəbər verir ki, bu barədə SOHR nəşri məlumat yayıb.

Məlumata görə, İran dronlarının ehtiyat hissələri və sursatlar bu aeroporta 2022-ci ilin yanvarından gətirilir. Son vaxtlar aeroporta İran və onun dəstəklədiyi qüvvələr nəzarət edirmiş.

Bundan başqa, “Hizbullah” İranın strateji silahlarını saxlamaq üçün aeroportun ətrafında qazıntı işləri aparıblar.

Qeyd edək ki, ötən gün İsrailin Dəməşq və ətraf rayonlarına zərəbələr endirdiyi barədə məlumatlar yayılmışdı.

Tacxeber.az

Oxşar xəbərlər