• 23 Noyabr 2024 06:04

Məşhur yazıçının sui-qəsdən sonra bir gözü KOR OLDU

Məşhur yazıçının sui-qəsdən sonra bir gözü KOR OLDU

Britaniya yazıçısı Salman Rüşdinin ədəbi agenti Endryu Uayli onun sui-qəsd cəhdindən sonrakı durumundan danışıb.

Tacxeber.az bu barədə “Pais”ə istinadla xəbər verir.

“Onun yaraları dərin idi, bir gözünün görmə qabiliyyətini itirdi. Boynunda üç ağır yara var idi. Qoldakı sinirlər kəsildiyi üçün bir əli əlildir. Onun döş qəfəsində və gövdəsində daha 15-ə yaxın yara var”, – Uayli deyib.

Xatırladaq ki, avqustun 12-də 75 yaşlı yazıçı Rüşdi Nyu-Yorkun Çautauqua İnstitutunda mühazirə zamanı naməlum şəxsin hücumuna məruz qalıb. O, Rüşdiyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yazıçıya hücum anı videoya düşüb .

Yazıçının boynundan bıçaqlandığı, vertolyotla xəstəxanaya aparıldığı, əməliyyat olunduğu, bir neçə gün süni nəfəs aparatında qaldığı deyilirdi.

“NBC News” kanalının məlumatına görə, yazıçıya hücum edən Hadi Mətar İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəğbət bəsləyib. Bu, onun sosial şəbəkələrini yoxlayan zaman məlum olub. Bununla belə, şübhəli şəxslə SEPAH arasında “birmənalı əlaqələr” qurulmayıb.

Salman Rüşdi hind əsilli britaniyalı yazıçıdır. O, 1981-ci ildə “Gecəyarısı Uşaqları” filminə görə “Buker” mükafatını qazanıb.

Tacxeber.az

Oxşar xəbərlər