• 23 Noyabr 2024 02:52

Astroloqdan proqnoz: 2022-ci ilin ən ağır günləri…

Astroloqdan proqnoz: 2022-ci ilin ən ağır günləri…

Rusiyalı astroloq, taroloq və matris eksperti Sofiya Boqatirevanın proqnozlarına görə, oktyabrın 25-dən noyabrın 8-inə qədər olan dövr olduqca kritik və ağır keçəcək. Ay tutulması isə proseslərin gedişatını daha da pisləşdirəcək.

Tacxeber.az oxucuları astroloqun 2022-ci ildə sonuncu Ay tutulmasına dair proqnozu ilə tanış edir.

Oktyabrın 25-dən noyabrın 8-dək əvvəlkilərdən çox ciddi şəkilfə fərqlənən sonuncu ay tutulması olacaq və bizi keçmiş hərəkətlərin bədəlini ödəməyə məcbur edəcək. Əgər uzun müddət məyusluq içində yaşamısınızsa, hər şeyi təzyiq altında etmisinizsə, sevmədiyiniz bir işdə çalışmısınızsa, sizin üçün Ay tutulması şirin olmayacaq… Bununla belə, əgər artıq dəyişikliklərə hazırlaşırsınızsa və yeni hədəflərə doğru addımlar atırsınızsa, o zaman Ay tutulması sizə yeni şans və imkanlar verəcək.

Oktyabrın 25-də Əqrəb bürcündə baş verən Günəş tutulması gərgin və emosional olsa da, noyabrın 8-də Buğa bürcündə baş verəcək Ay tutulması tamam başqa bir xüsusiyyətə malikdir. Ay hislər, duyğular, intuisiya, sirr və qadın enerjisi planetidir. Əvvəlcədən seçilmiş hərəkət trayektoriyası səhvdirsə, Ay tutulması həyata qeyri-müəyyənlik qatacaq, sizi düşüncə qatarını, inkişaf vektorunu və fəaliyyət istiqamətini dəyişdirməyə məcbur edəcək. Ümumiyyətlə, həyat haqqında fikirləriniz dəyişəcək. Günəş tutulması zamanı insan keçmiş əməllərinin hesabını verirsə, Ay tutulması sizə səhvlərdən nəticicə çıxarmaqla həyatınızı dəyişmək imkanı yaradır. Bu dəyişikliklərin hansı istiqamətdə olacağı özünüzdən asılıdır!

Planetlərə təsiri

8 noyabr 2022-ci ildə planetlərin hərəkəti çox güclü olacaq. Pluton köklü dəyişikliklərə səbəb olacaq. Məhz bu planet insanlarda ehtiras, qəzəb və ədalət kimi güclü emosiyalar doğurur. Marsın geriyə doğru hərəkəti də dövrü xüsusilə çətinləşdirir. İstənilən kiçik problem böyük əhəmiyyət kəsb edəcək və insanlar iki planetin təsiri altında qalmaqla qarşıdurma yaşayacaqlar. Üstəlik 8 noyabrda Ay bütöv olacaq, bu isə vəziyyəti daha da ağırlaşdırır. Bu dövrdə hisslərinizə hakim olmaq və vədlərə əməl etmək çox çətindir. Bütöv Ay özü insanlara qeyri-sağlam emosionallıq ötürür, onları soyuqqanlılıqdan və sakitlikdən məhrum edir, mübahisəyə sövq edir. 8 Noyabra dair proqnozları ümumiləşdirsək, bu tarixdə xüsusilə mühüm siyasi hadisələrin olacağı gözlənilir. Göstərilən tarix yeni zamanın başlanğıcıdır. Yeri gəlmişkən, planetlərin belə konfiqurasiyası SSRİ-nin dağılması zamanı da müşahidə olunub.

8 noyabr 2022-ci ili xoş bir mühitdə keçirmək və bu gündə heç bir problemi həll etməyə çalışmamaq daha yaxşıdır. Belə əlamətdar tarixlərdə edilənlər təsirsiz ötüşməyəcək, nəticələri ağır olacaq. Təhlükəli burulğana düşməmək üçün hadisələrin gedişatına təsir göstərməyə və ya onları dəyişdirməyə çalışmayın. Unutmayın ki, indi gücsüzsünüz, hadisələrin miqyası isə çox böyükdür. İnsanlar isə dəyişikliyə hazır olmalıdır, xüsusilə də siyasi müstəvidə.

Tacxeber.az

Oxşar xəbərlər