• 22 May 2024 00:32

“Paşinyan 4 ildə bizi qorxaq xalqa çevirdi” – Andranik Tavenyan

“Paşinyan 4 ildə bizi qorxaq xalqa çevirdi” - Andranik Tavenyan

“Paşinyan 4 ildə bizi qorxaq xalqa çevirdi” – Andranik Tavenyan


2018-ci ildə söz verdilər ki, biz Ermənistanı suveren edəcəyik və Ermənistan vətəndaşları bununla fəxr edəcək.

Tacxeber.az xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan Facebook səhifəsində yazıb.

O bildirib ki, Paşinyan və onun komandası suverenliyi təmin etməklə anti-Rusiya siyasətini (Bolton dedi ki, tarixi stereotiplərdən qurtulmaq lazımdır), qürur dedikdə isə Nikola tabe olmağı nəzərdə tutub.

“Nikol Paşinyan 4 il ərzində qalib xalqı məğlub və qorxulu xalqa çevirə bildi” – deyə Tavenyan bildirib.

Suverenliyə gəlincə, hazırki hökumət Makronun həyat yoldaşı Pelosidən, Türkiyə, Azərbaycan, ABŞ, Fransa, Rusiya, İran, Hindistan, BMT, Aİ müşahidəçiləri, ATƏT, KTMT-dən Ermənistan üçün suverenlik, sülh, ərazi bütövlüyü dilənir.

Onlar sevinirlər ki, İranın Qafandakı konsulu qafanlıları sakitləşdirəcək və Süniki (Zəngəzur) qoruyacaq. İran konsulunu və xarici işlər nazirini fəxrlə dinləyirlər, hakbuki utanaraq yerə girməli idilər.

İranın Süniki qoruması, Azərbaycanı hələlik təcavüzdən saxlaması təbii ki, yaxşıdır. Amma bunun ən pis tərəfi bizim bu vəziyyətə gəlib çıxmağımızdır.

“Bütün bunlar “qürurlu” vətəndaşların fəryadı və “suveren” inqilabçıların yalanları ilə baş verir. Belə davam edərsə, bir gün Gürcüstan İcevanda konsulluq açıb elan edə bilər ki, sərhədlərin yenidən çəkilməsinə icazə verməyəcək və tavuşlular özlərini rahat hiss etməlidirlər, çünki Gürcüstan buradadır. “Qürur” və “suverenlik” belə olur?” – deyə erməni deputat fikrini sonlandırıb./Konkret.az

Tacxeber.az

Oxşar xəbərlər