• 27 İyul 2024 06:28

Qaynar su, elektrik cərəyanı ilə işgəncə… – Ukraynalı qadınlar 6 aylıq cəhənnəmdə nələr yaşayıb? – ŞOK DETALLAR

Qaynar su, elektrik cərəyanı ilə işgəncə… – Ukraynalı qadınlar 6 aylıq cəhənnəmdə nələr yaşayıb? – ŞOK DETALLAR

Rusiya ilə Ukrayna arasında fevralın 28-dən bəri ən böyük əsir mübadiləsi keçən həftə baş tutub. Müharibənin tərəfləri arasında 218 əsir dəyişdirilib. Rusiya tərəfi 108 ukraynalı qadını, Ukrayna tərəfi isə mülki şəxslər də daxil olmaqla 110 nəfəri azad edib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabından verdiyi açıqlamada azadlığa buraxılan qadınlardan 12-nin mülki şəxs, qalanlarının isə hərbçi olduğunu bildirib.

Tacxeber.az xəbər verir ki, əsir mübadiləsi çərçivəsində Rusiyanın əlindən xilas olan ukraynalı qadınlar Zaporojyada onlara verilən işgəncələrdən danışıblar.

Rus əsgərlərinin onları çəkiclə döydüyünü, üzərlərinə qaynar su tökdüyünü, hətta elektrik cərəyanı ilə işgəncə verdiyini deyən qadının sözləri şok effekt yaradıb.

Mariupoldakı “Azovstal” polad zavodunda qapalı qalan qadın hərbçilərdən biri, 36-cı dəniz piyada briqadasının üzvü 26 yaşlı Hanna 6 ay 4 gün Rusiya əsirliyində qalıb.

Əri hələ də əsirlikdə saxlanan, övladı ilə əlaqə saxlaya bilməyən qadın yaşadığı dəhşəti bu sözlərlə ifadə edib:

“Qadınlara elektrik cərəyanı ilə işgəncə verib, çəkiclə döyürdülər. Sırf dənizçi olduğumuza və ukrayna dilində danışdığımıza görə əllərimizi və bədənimizdəki döymələri kəsmək istədilər. Bizi qaynar su ilə yandırdılar. Hələ verdikləri yeməkləri demirəm… Hətta itlər də o yeməyi yemir”.

Qadınların heç biri əsir mübadiləsi barədə məlumatlandırılmayıb. Rus əsgərləri əvvəlcə onları Ukrayna sərhədinə yaxın Rusiyanın Taqanroq şəhərinə aparılıb.

Hanna nə qədər qorxduğundan danışıb:

“Mən düşündüm ki, orada bizi vuracaqlar”.

Güllələnərək öldürüləcəklərini düşünən əsirlər sonda ailələrinə və sevdiklərinə qovuşublar. Avtobusdan düşdükdən sonra sevinc göz yaşları tökən qadınlar tibbi müayinə və reabilitasiyadan keçib.

(Müsavat.com)

Tacxeber.az

Oxşar xəbərlər