• 27 İyul 2024 04:17

Rəqsanə İsmayılova: “Ən yaxın dostlarım kişilərdir…” – VİDEO

Rəqsanə İsmayılova: “Ən yaxın dostlarım kişilərdir…” – VİDEO

Müğənni Rəqsanə İsmayılova Arb televiziyasında yayımlanan “Özəl” verilişində səmimi açıqlamları ilə diqqət çəkib.

Tacxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rəqsanə İsmayılova pulu olmayan insana cəmiyyətdə hörmət edilmədiyini deyib: “Məni sevsinlər deyə ərə getməli idim? Məni sevmələri üçün Azərbaycandan köçməli idim? Məni sevməkdən ötrü ərimin pulu olmalı idi? Deməli, hamıya pula görə hörmət edirik. Pulun yoxdursa, sənə hörmət edən yoxdur”.

Aparıcının “Dostlarınız hansı xüsusiyyətinizə görə sizinlə dostluq edir?” sualına cavabda müğənni deyib ki, həyatda ən çox kişilərlə dostluq edir: “Qadınlarla dostluq eləmirəm. Dostlarım bilirlər ki, pis günün insanıyam, yaxşı gündə heç kimin yanında olmaq istəmirəm”.

Rəqsanə İsmayılova qızı Aysun İsmayılovadan da danışıb: “Qızım həyatımın ən çətin, ən ağır, ən həssas illərində dünyaya göz açıb və yanımda olub. Aysun ata görməyib, mən də atamı görməmişəm. Üç yaşına qədər Aysunun yanında olmuşam. O, üç yaşına çatandan sonra müğənni kimi fəaliyyət göstərmişəm. Onu böyütmək, həyatımı qurmaq, yaşamaq üçün əziyyət çəkib pul qazanmaq istəmişəm. Ona görə uşağımdan ayrı olmuşam. Amma çətinliklə qarşılaşanda da, yaxşı gündə də onunla olmuşam. Aysuna verdiyim tərbiyəyə görə özümə çox minnətdarlığımı bildirirəm. Onu dikbaş böyütməmişəm, o, özündənrazı deyil.

Bu gün sənətdə münasibətdə olmadığım insanlarla Aysunun dostluğu var. Heç vaxt ona sərhəd qoymamışam ki, o müğənni ilə danışmıram, sən də əlaqə saxlama. Həmişə başa salmışam ki, aramızda olan münasibətə qarışma. Bu gün öz ayaqlarının üzərində dayanıb pul qazanır. Heç vaxt məndən pul istəmir”.

İfaçı qızının həyat yoldaşı Eşqin Cəlilovdan boşanmasına belə münasibət bildirib: “Həyatda alınmayan bəzi hadisələr olur. Biz özümüz də Aysun yaşda olanda səhvlər edə bilirik, amma səhvlərdən nəticə çıxarıb, ayılırıqsa bu, gözəl haldır. Arada deyirəm ki, Aysun nə tez böyüdü… Bütün qızlar, qadınlar xoşbəxt olmağa layiqdir”.

Oxşar xəbərlər