Sahib Bəkir: “Məqsəd ortaq türk valyutası və ordusunun yaradılmasıdır” – TÜRKİYƏDƏN ŞƏRH
Ortaq türk əlifbasının yaradılması ideyası 15 ilə yaxındır ki, müzakirə olunur. Onun hələ 2012-ci ildə hazırlanacağına dair çoxlu məlumatlar var idi. İndi bu mövzu yenidən aktuallaşıb. Türkiyənin Bursa şəhərində türk dünyasının ortaq əlifbası mövzusunda seminar keçirilib. Seminarda vahid əlifbanın yaradılması üzrə komissiyanın formalaşdırılması ilə bağlı qərar Türk Dövlətləri Təşkilatına (TDT) təqdim edilib.