Almaniya prezidenti Ukraynaya səfərində bir saat sığınacaqda qaldı – OLAY
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfəri zamanı hava hücumu xəbərdarlığı səbəbindən Çerniqov vilayətində bir saat bomba sığınacağında qalmalı olub.
Tacxeber.az “russian.rt”- yə istinadla xəbər verir ki, bu barədə Almaniyanın ARD teleşirkətinin jurnalisti Matias Deiss Twitter səhifəsində yazıb.
O qeyd edib ki, Ştaynmayer Koryukovkaya gəldikdən bir neçə dəqiqə sonra bomba sığınacağına getməyə məcbur olub. Jurnalist Almaniya prezidentinin sığındığı yerdən fotosunu da yayıb.