• 23 Noyabr 2024 02:03

Bakı oyunu bitirir – “Sülh müqaviləsi imzalanır, sülhməramlılar çıxır”

“Rusiyanın sülhməramlı kontingenti 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcək”.

Bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Ermənistan-Azərbaycan prosesindəki son gəlişmələrə diqqət çəkib:

“Dağlıq Qarabağ problem” bitdi, artıq belə bir məsələ yoxdur. Bu ilin sonunadək sülh müqaviləsi imzalanacaq. Hazırda rusiyalı sülhməramlıların nəzarətində olan, daha doğrusu, separatçı və terrorçu ermənilərin nəzarətində olan ərazilərin istisnasız olaraq hamısı Azərbaycanın yurisdiksiyasına qaytarılacaq. Taleləri ilə barışan və reallığı qəbul edən ermənilər Azərbaycan pasportu alaraq həmin ərazilərdə yaşamağa davam edə bilərlər. İstəməyənlər də Laçın dəhlizi ilə köçüb gedəcəklər.

Rusiyanın sülhməramlı kontingenti 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcək. Ermənistan və Rusiya indi özləri üçün hadisələri “ən pis”, “pis” və “nisbətən pis” variantları arasında seçim etmək məcburiyyətindədir. Rusiyalı sülhməramlıların ölkəmizdən çıxacağına şübhəsi olanlar AzTV-nin efirində ilk dəfə səslənən və Rusiyanın aşkar şəkildə “işğalçı dövlət” adlandırıldığı redaksiya təhlilinə bir də baxa bilərlər.

Ölkəmizə qarşı oynanılan oyunu bitiririk. Bu, nə pafos, nə bəlağət, nə də arzulalanları reallıq kimi qələmə verməkdir. Hadisələr sürətlə bir-birini sıralayır və situasiya ümumən xeyrimizədir.

Ordumuz da 2020-ci ilin ordusu deyil: yeni və ən müasir silahlar, texnika, vasitələr alınıb, alınır və alınmağa davam edəcək. Ordumuz bütünlüklə Türkiyə, NATO standartlarına və sisteminə keçidə başlayıb. Düşmənlə onu dəstəkləyən qüvvələrin kiçik taktiki gedişlərinə yox, Bakının strategiyasına baxmaq lazımdır”. (Yenisabah.az)

Tacxeber.az

Oxşar xəbərlər