• 27 Dekabr 2024 01:50

Danilovdan ŞOK ÇAĞIRIŞ: “Bu baş versə, Krım əbədi susuz qalacaq”

Danilovdan ŞOK ÇAĞIRIŞ: “Bu baş versə, Krım əbədi susuz qalacaq”

“Rusiya hərbmiləri Kaxovka Su Elektrik Stansiyasını (SES) partlatsa, işğal olunmuş Krım həmişəlik susuz qalacaq”.

Tacxeber.az xəbər verir ki, bu fikri Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Aleksiy Danilov deyib.

Danilovun sözlərinə görə, Rusiya hərbçiləri böyük miqdarda partlayıcı maddədən istifadə etməklə Kaxovskaya SES-i minalayıblar. Rusiya Ukrayna qoşunlarının Xersona irəliləməsini dayandırmaq üçün strukturu partlada bilər.

“Gözləyib görəcəyik. Əgər onu partlatsalar, Krımda su təchizatı ideyası 10-15 il ərzində yox olacaq. Ya da bəlkə həmişəlik. O zaman sual yaranır – əgər gedirlərsə, Krım onlara nəyə lazımdır? Onu susuz qoymaq üçün?” – Milli Təhlükəsizlik Şurasının katibi soruşub.

Danilovun sözlərinə görə, Xersonda vəziyyət asan deyil. Silahlı Qüvvələrin komandanlığı rus qoşunlarının özbaşına geri çəkiləcəyini gözləmir.

“Onların öz planı var, məncə, biz bunu başa düşürük”, – deyə rəsmi yekunlaşdırıb.

Tacxeber.az

Oxşar xəbərlər