Çeçenistan prezidenti Ramzan Kadırovun Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək üçün cəbhəyə göndərdiyi oğullarının görüntüləri yayılıb.
Kadırov öz telegram hesabında müharibəyə göndərdiyi 14 yaşlı Adəm, 15 yaşlı Əli, 16 yaşlı Əhməd adlı oğullarının görüntülərini paylaşıb. Onların yanında ukraynalı müharibə əsirləri də olub. Kadırov əsirləri oğullarının ataya hədiyyəsi kimi qiymətləndirib.
Qeyd edək ki, görüntüdəki qara eynəkli əsgərlər Kadırovun oğullarıdır. Ramzan Kadırov oktyabrın əvvəlində oğullarını cəbhəyə göndərib. Onlar sonuncu dəfə Mariupolda görülüblər. (Sonxeber.az)