• 27 İyul 2024 08:12

“Teatrda işlədiyim üçün acından ölürəm” – Əməkdar artist

“Teatrda işlədiyim üçün acından ölürəm” – Əməkdar artist

“Keçən il mənə nazir “Tərəqqi” medalı təqdim etdi. Onda bir söz dedim: İnsan peşə seçəndə, qarşısında iki məqsəd olur. Ya çox pul qazanıb ev, maşın alacaqsan, gözəl şərait yaradacaqsan. Ya da elə sənət seçməlisən ki, öləndən sonra da ölümsüzlük qazanasan. Özümdən sonra nəsə qoymalıyam”.

Tacxeber.az Olay.az-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində Əməkdar artist Münəvvər Əliyeva deyib. O bildirib ki, teatr aktyorları özlərinə gözəl şərait qura bilmirlər:

“Əslində veriləcək bu dəyərlər, adlar bizə nəsə etmir, yenidən dəyişmir. Teatr elə sahədir ki, burada işləyənlərə fanat deyirlər. Əvvəllər bizi dəli adlandırırdılar. Bu sahədə olanlar nə populyarlıq qazanır, nə ev-eşik alır, nə də şərait yaradır. Mümkünsüzdür. Nə də ki, kimsə teatr aktyorunu toya çağırıb demir ki, filan sözü de, 5 manat verəcəm.

Yaxud da bizim işdə rüşvət yoxdur. Bundan əvvəlki müdürümüz çox aqressiv gəlmişdi. Hamını bir-bir otağına çağırırdı. Mən ona dedim ki, burada işləməsəm, acından ölməyəcəm. Əksinə burada işləyib acından ölürəm. İstəyirsən indi ərizəmi yazım, çıxım. Kimsə gəlib cibimizə pul qoymur ki, səhnədə belə oynama, elə oyna. Bizim qazancımız alqışdır. Əvvəl qiyməti ucuz olanda gül-çiçək gətirirdilər. İndi elə dövrə gəlib çıxmışıq ki, uşaq ibtidai sinifdə oxuyurdu. Müəllimə gözəl buket hazırlayıb aparanda ürəyindən qara qanlar axırdı ki, ona ödədiyin pulu mənə verərdin. Çünki iki gün sonra quruyacaq. Dəyərləndiriləndə fikirləşirsən ki, kiminsə yerini tutmamışam, boş yerə bu sənətə gəlməmişəm.

İlk dəfə “Qızıl dərviş” mükafatı alanda fikirləşdim ki, bu qədər əziyyət çəkirəm. Həm cəmiyyətdən, həm qohum-əqrəbadan, ətrafdan. Deyirlər, filankəs aktrisa oldu, danışırlar. Özünü çərçivəyə salırsan. Nə qədər desələr də, biz azad deyilik. Tək azad olduğumuz yer səhnədir”.

Oxşar xəbərlər