• 27 İyul 2024 03:59

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Rəşad Əliqulu oğlu Orucov Donetsk vilayəti istiqamətində həlak olub.

 Tacxeber.az Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.

Tacxeber.az

Oxşar xəbərlər