• 27 İyul 2024 03:28

“Deyirəm ki, kaş mən də belə gözəl…” – Hüseynbala Mirələmov

“Deyirəm ki, kaş mən də belə gözəl...” – Hüseynbala Mirələmov

“Deyirəm ki, kaş mən də belə gözəl…” – Hüseynbala Mirələmov


“Anarın həm ağsaqqalıq kefiyyətləri, həm gənclərə qayğısı imkan verir ki, o, yenidən Yazıçılar Birliyinin sədri olsun. Mən Anardan üstününü görmürəm. Anar 35 il işləyib, lap 15 il də işləsə, mən ona səs verəcəyəm”.

Tacxeber.az xəbər verir ki, bunu yazıçı, sabiq deputat Hüseynbala Mirələmov deyib. O, Xalq yazıçısı Anar Rzayevi dəstəklədiyini bildirib.

“Ağsaqqal və sənətkar kimi ondan yaxşısı yoxdur. Mənim vəzifəyə iddiam yoxdur. Mən ancaq gözəl yazıçılara paxıllıq edirəm. Gözəl əsərləri oxuyuram və deyirəm ki, kaş mən belə gözəl əsər yaza bilərdim”, – sabiq deputat deyib.

Yazıçı haqqında danışılan söz- söhbətlərə də aydınlıq gətirib:

“Bəzən deyirlər ki, Hüseynbalanın hansısa əsərini filankəs yazıb. Bunların hamısı böhtandır. Mən 7-ci sinifdən yazıram. Mirzə Fətəli Axundov adına Kitabxanada hekayələrim qalıb. Kim maraqlanırsa, gedib baxsın. Bu yaşımda da ancaq yazıram, yaradıram. Yaradıcılıq qoymur ki, adam daxilən sıxılsın. Ya yazıram, ya da oxuyuram. Bu gözəl bir həyatdır. Ondan zəngin həyat yoxdur. Yazmadığım vaxt da istirahət edirəm”.

Tacxeber.az

Oxşar xəbərlər