Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək.
Tacxeber.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
“Baş nazir Nikol Paşinyan Soçiyə gedəcək. Düşünürəm ki, görüş baş tutacaq”, – Simonyan bildirib.