Maksimum 1 həftə ərzində İranın Azərbaycan ərazisindəki agent şəbəkəsi çökdürüləcək.
Tacxeber.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev İranın Azərbaycandakı agentura şəbəkəsinin aşkara çıxarılması ilə bağlı prosesin getdiyi haqda xəbərlərə münasibətində qeyd edib.
“İran xüsusilə, son dönəmlərdə Azərbaycan dövlətinin sinir uclarına toxunmağa başlamışdı. Azərbaycanın Zəngəzur dəhlizinə qarşı açıq düşmənçilik, İran XİN rəhbərinin Ermənistan səfəri, Qafanda konsulluq açılması İran düşmənçiliyinin sistematik olmasını deməyə əsas verir.
İran bizim və Türkiyə sərhədlərində hərbi təlimlər keçirməklə, açıq düşmənçilik nümayiş etdirib. Eyni zamanda Azərbaycana qarşı dövlət dəstəkli güclü media kampaniyası aparılır. Naxçıvanın blokadada olmasından istifadə edərək, muxtar respublikanı işğal etmək təklifləri irəli sürülür.
Güney Azərbaycanda soydaşlarımızın hüquq və azadlıqlarının pozulması, milli gənclərə qarşı repressiya tam sürətlə davam edir. Bu ölkəyə qarşı konkret addımlar atmağın zamanı yetişir”, – o bildirib.