Bu il Azərbaycanda 10 milyondan çox pul qazanan 9 bankın sahibləri kimdir? – Siyahı
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin ilk 3 rübü ərzində nə qədər gəlir əldə etdikləri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, 2 dövlət bankını (“Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk-Bank”) nəzərə almasaq, 24 özəl bankın 9-nun xalis mənfəəti 10 milyon manatdan çox olub. Bu ilin ilk 9 ayı ərzində xalis mənfəəti 10 milyon manatdan çox olan banklar aşağıdakılar olub:
“Kapital Bank”- 210 milyon 609 min manat
“PAŞA Bank” – 109 milyon 712 min manat
“Bank of Baku” – 30 milyon 774 940 min manat
“Xalq Bank” – 19 milyon 925 min 650 manat
“Bank Respublika” – 19 milyon 90 min 920 manat
“Rabitəbank” – 12 milyon 676 min manat
“Naxçıvanbank” – 12 milyon 441 min 370 manat
“AFB Bank” – 11 milyon 452 min 80 manat
“Expressbank” – 11 milyon 235 min 230 manat Onu da bildirək ki, xalis mənfəəti 10 milyon manatdan çox olan bankların səhmdarları aşağıdakı kimi olub: