• 27 İyul 2024 08:17

Dünyanın ən böyük kruiz gəmisi təqdim olundu – “Titanik”dən nəhəngdir

Dünyanın ən böyük kruiz gəmisi təqdim olundu - “Titanik”dən nəhəngdir

“Royal Caribbean”ın çimərlik, kurort və əyləncə parkını özündə birləşdirən “İcon of the Seas” gəmisi dünyanın ən böyük kruiz gəmisi olacaq.

Tacxeber.az xarici mətbuata əsasən bildirir ki, “Royal Caribbean” səbirsizliklə gözlənilən “İcon of the Seas” kruiz gəmisini təqdim edib.

Yeni kruiz gəmisi hazırda ən böyük gəmi titulunu daşıyan “Wonder of the Seas”i də geridə qoyur. Müqayisə üçün qeyd edək ki, hətta əfsanəvi “Titanik” də bu gəminin yanında qayıq kimi olacaq.

“İcon of Seas” gələn ilin sonunda debüt edəcək və 28 yanvar 2024-cü ildə səyahətə çıxacaq. Bu gəmidə tətilə getmək istəyənlər oktyabrın 25-də “Royal Caribbean” saytında öz kruizlərini sifariş edə bilərlər.

Gəminin içərisində hər şey var. Üzən attraksionun belə olduğu gəmidə dəniz üzərində dünyanın ən böyük 6-cı kateqoriyalı akvaparkı yer alıb. Gəmidə restoranlar, barlar və “AquaTheater” adlı teatr mərkəzi də olacaq. Gəminin səkkiz “məhəlləsi”olacaq və üç mərtəbə yalnız ailələr üçün ayrılacaq.
Gəminin okeanın üzərində 47 metrlik şəlalə ilə fərq yaradacaq.

Gəminin içərisində cəmi 7 hovuz olacaq. Bundan əlavə hovuz, isti vanna və Aralıq dənizi mətbəxi ilə zəngin restoranların da yer alacağı ərazi “Royal Caribbean”ın daimi qonaqları üçün eksklüziv olacaq.

Mayeləşdirilmiş təbii qaz ilə işləyəcək gəmidə tullantıların idarə olunması sistemi olacaq. Tamamlandıqdan sonra “İcon of Seas” 20 göyərtə hündürlüyündə, 250.800 qros ton və 365 metr uzunluğunda olacaq.

Xatırladaq ki, “Titanik” cəmi 269 metr idi. Ən böyük kruiz gəmisi titulunun keçmiş sahibi “Wonder of the Seas”dən bir neçə metr böyük olan yeni gəminin sərnişin tutumu 7600 (təxminən 10 000 nəfər heyətlə) nəfərDir. Gəminin dəyəri 2 milyard dollardır.

Tacxeber.az

Oxşar xəbərlər