• 23 Noyabr 2024 03:52

Türkiyədə “Rövşən Lənkəranski”nin adamı öldürüldü

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

Kriminal aləmdə “qardaşoğlu” ləqəbli ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.

Elnur Qasımov “Rövşən Lənkəranski” kimi tanınan mərhum “qanuni oğru” Rövşən Canıyevin tərəfdarı olub.

Elnur Qasımovun qardaşı Emin Qasımov da kriminal aləmdə “Emin Naxçıvanski” kimi tanınır.

Qətli törədən Nicat adlı şəxsin isə digər mərhum qanuni oğlu “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Elnur Qasımovun dəfn olunması üçün cənazəsi Bakıya göndəriləcək. (Lent.az)

Tacxeber.az

Oxşar xəbərlər