• 27 İyul 2024 07:51

Volkan Bozkır: “İlham Əliyev güclü siyasətçidir” 

Volkan Bozkır: “İlham Əliyev güclü siyasətçidir” 

Volkan Bozkır: “İlham Əliyev güclü siyasətçidir”


“Azərbaycan gənc dövlət olmasına baxmayaraq, siyasəti güclüdür”.

Tacxeber.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının keçmiş prezidenti, türkiyəli diplomat Volkan Bozkır bildirib.

“Azərbaycanın siyasəti bu gün gənc dövlət olmasına baxmayaraq, güclüdür. Prezident İlham Əliyev güclü siyasətçidir. Eyni zamanda nazirlər də burada vacib yer tutur. Azərbaycanın xarici siyasəti balanslıdır, bu da gənc dövlət üçün vacibdir”,- deyə Volkan Bozkır vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu gün Rusiya və Ukrayna arasında baş verən mübaribə qlobal problemə çevrilib:

“İki ölkə arasında baş verən hadisələr artıq bəzi sahələddə qlobal problemə səbəb olub. Biz bu gün bunu enerji, qida, qaz və digər sahələrdə narahatlıqla izləyirik. Qlobal böhrana çevrilən problem qarşısında hamımız bir olmalıyıq. Rusiyanın etdiyi artıq dünyaya qarşı radikalizmdir”.

Tacxeber.az

Oxşar xəbərlər