• 22 Noyabr 2024 12:29

Almaniya səfiri İran XİN-ə çağırıldı

Almaniya səfiri İran XİN-ə çağırıldı

Almaniyanın Tehrandakı səfiri Hans Edi Motsel ötən gün İran XİN-ə çağırılıb.

Tacxeber.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Səfirin XİN-ə çağırılmasının səbəbi rəsmi Berlinin İrandakı etiraz aksiyalarına dəstək verməsidir.

Məlumata görə, səfirə Almaniya rəsmilərinin bu addımının İranın daxili işlərinə müdaxilə, beynəlxalq hüquq və normalara zidd olduğu bildirilib.

Tacxeber.az

Oxşar xəbərlər