• 22 Noyabr 2024 21:13

Arıqlamaq istəyənlər üçün 5 çox sadə məsləhət

Arıqlamağın əsas qaydası yaxşı maddələr mübadiləsidir.

Maddələr mübadiləsini (metabolizmi) yaxşılaşdırmaq üçün bəzi sadə qaydalara əməl etmək kifayətdir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, diyetoloqlar və qida mütəxəssisləri maddələr mübadiləsini sürətləndirmək üçün aşağıdakı tövsiyələri verir:

1. Kifayət qədər su için.

Orqanizmdə bütün reaksiyalar su mühitində baş verir. Orqanizm kifayət qədər su almayanda bu reaksiyalar da ləngiməyə başlayır.

2. Gün ərzində 3 dəfə deyil, 5-6 dəfə qidalanın.

Həzm prosesləri maddələr mübadiləsinin sürətlənməsinə gətirib çıxardır. Bu səbəbdən insan tez-tez, lakin az-az yeyəndə maddələr mübadiləsi də sürətlənir. Belə qidalanma rejimi həzm sistemini də qoruyur.

3. Fiziki aktivliyinizi artırın.

İstənilən fizki aktivlik metabolizmi sürətləndirir. İdmanla məşğul olmağa vaxtınız yoxdursa, ən azı hər gün 30-40 dəqiqə ərzində sürətlə yeriməyə çalışın. Bu həmçinin ürək-damar sistemi üçün də çox faydalıdır.

4. Qidalanmanıza zülalın miqdarını (ət, süd məhsulları, paxlalı bitkilər) artırın.

Bu məhsulların həzmi üçün daha çox vaxt və enerji sərf olunur ki, bu da metabolizmin sürətlənməsinə səbəb olur.

Həmçinin zülallar orqanizmdə karbohidratlardan fərqli olaraq piyə çevrilmir, əzələ kütləsinin artmasına gətirib çıxardır.

5. Yeməklərə və içkilərə ədviyyatları əlavə edin.

İstiot, sarıkök, darçın, zəncəfil və digər ədviyyatlar matabolizmi və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir. 

Oxşar xəbərlər