• 23 Noyabr 2024 02:27

Çingiz Abdullayev – “Jurnalist sualı təxribat məqsədilə verirdi” 

 Xalq yazçısı Çingiz Abdullayev bunu öznün sosial şəbəkə hesabında qeyd edib.

“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm ?”

“Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”, – deyə  Xalq yazıçısı Ç. Abdullayev paylaşımında bildirib.

 

 

Oxşar xəbərlər