• 27 İyul 2024 03:28

Öldürülən çeçen döyüşçülərin sayı açıqlandı

Ukraynanın Xerson vilayətində silahlı qarşıdurmalar zamanı 23 çeçen döyüşçü ölüb, 58-i isə yaralanıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.

“Çoxları bilir ki, bu həftənin əvvəlində çeçen bölmələrindən biri də atəşə məruz qalıb. Bu, Xerson vilayətində baş verdi. Bütün xilasetmə tədbirləri ərazidə yekunlaşıb, ölən və yaralılarla bağlı yekun siyahı var. 23 döyüşçü ölüb, 58-i yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır”, – deyə Kadırov bildirib.

Tacxeber.az

Oxşar xəbərlər