Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin imam-cüməsi Həsən Ameli bildirib.
O, İran İslam İnqilabı Keşikçiləri Korpusu və ordunun ölkənin şimalında, Azərbaycanla sərhəddində həyata keçirdiyi təlimə toxunub: “Mən böyük Azərbaycan xalqına bir neçə şeyi deməyə ehtiyac duyuram. Çünki Azərbaycan nəşrləri bu təlimlə bağlı bu mövzudan yazır və indi də onu davam etdirirlər. Azərbaycan milləti bu manevrə diqqət yetirməlidir. Bu, Azərbaycan üçün təhlükə deyil, Azərbaycana qarşı güc nümayişi deyil, Azərbaycan ərazisinə təcavüz niyyəti yoxdur. Manevr hücum deyil, müdafiə manevridir”.
Daha sonra H. Ameli qeyd edib: “İran heç vaxt deməyib ki, ermənilər bizim şərəfimizdir və ya ermənilər qırmızı xəttimizdir, qırmızı xəttimiz Qarabağdır və bu baxımdan, mənim kimi, heç kim Qarabağın azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpasından narahatlıq dilə gətirməyib. Qarabağın Azərbaycana qaytarılmasının zərurətindən danışmışam, dəfələrlə demişəm ki, həll yolu müharibədir, nəinki Minsk qrupu, danışıqlar.
Əlhəmdulillah, Qarabağ azad edilib, qalan az miqdarın da azad edilməsi, Azərbaycana qaytarılması lazımdır. Bu, İranın Azərbaycanın Qarabağda qələbəsinə verdiyi ən yüksək töhfə idi”.
Ərdəbilin imam-cüməsi əlavə edib: “İranın geosiyasi ambisiyaları olduğunu deyirlər, sizi inandırıram ki, İranda belə bir ambisiya yoxdur və İran yalnız 20 il əvvəl sərhədlərin pozulmasına həssasdır. Ermənistan 20 ildir ki, beynəlxalq sərhədləri pozub. Bölgədəki qanlı müharibədə nə qədər günahsız insan həyatını itirdi. Biz deyirik ki, bu yanlış yol bir daha təkrarlanmamalıdır.
Bölgəyə dünyanın başqa yerlərindən qüvvələr gəlsə, regionda sülh və sabitlik pozulacaq.Yaxşı olar ki, hər kəs öz rəsmi sərhədləri daxilində qalıb, ölkəsinin rifahı, rahatlığı və tərəqqisi üçün çalışsın. Sərhədlərin dəyişdirilməməsi sülhün təminatıdır”.