• 03 Mart 2024 20:07

“Kimin həddi nədir ki, Anara qarşı çıxsın?!“ – “Məni Rəsul Rza ilə müqayisə edirlər“

“Kimin həddi nədir ki, Anara qarşı çıxsın?!“ - “Məni Rəsul Rza ilə müqayisə edirlər“

“Kimin həddi nədir ki, Anara qarşı çıxsın?!“ – “Məni Rəsul Rza ilə müqayisə edirlər“


“Mən onu deyə bilərəm ki, Anarın ətrafında gedən bu mübahisələr bizə ziyan verir. Anar xalqımızın yazıçısıdır. Biz Anar müəllimin adı gəldikdə belə ehtiramımızı göstəririk, bu, onun atasına görə deyil. Anar müəllim büsbütün özünə görə bunu haqq edir…”

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Elza Seyidcahan Yazıçılar Birliyinə yenidən sədr seçilən Anarla bağlı gedən mübahisələr barədə danışarkən deyib:

O, Anarı AYB-nin əvəzedilməz sədri kimi gördüyünü bildirib:

“Anar Azərbaycan poeziyasına, musiqisinə töhfələr verib. Bəstəkarların əsərlərində də Rəsul Rza, Nigar Rəfibəyli, Anar yaradıcılığı hər zaman mühüm yer tutub. Bu baxımdan Anar müəllim Yazıçılar Birliyinin yenidən sədri seçiləndə çox sevindim. Arzu edirəm ki, ömrünün sonuna, son nəfəsinə qədər Yazıçılar Birliyində sədr olsun. Bizim xalqımızın bir xüsusiyyəti var ki, kimsə vəzifədən gedəndə ardınca çiçək yox, daş atırlar. Amma nəzərə almaq lazımdır ki, həyatda heç kəs ideal deyil, amma Anar müəllim ana bətnindən ideal olaraq seçilib. O, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri elə öz sözünü deyib”.

Sənətçi qeyd edib ki, klassik yazıçılara ehtiram hər kəsin borcudur:

“Əlbəttə, müasirlik yaxşıdır, mən özüm də bu müasir aləmdə cızma-qaraçıyam. Amma nə qədər də müasirləşsək, postmodernist olsaq, abstraktlaşsaq klassik yazarlarımızı, köklü yazıçılarımızı qorumalıyıq, gərək onları daşla yox, aşla qarşılayaq, elə aşla da yola salaq.  Kimin həddi nədir desin ki, Anarı istəmirik, bu heç kimin həddinə deyil. Mənim həddimə deyil ki, deyim Anar sədrliyə layiq deyil.

Mən də Yazıçılar Birliyinə sənədlərimi təqdim etmişəm. Məni də yazdıqlarıma görə çoxları tənqid edir. Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslan mənə zəmanət yazanda dedi ki, zamanında Rəsul Rza da “Rənglər” silsiləsini yazanda daş-qalaq edilmişdi. Mən çox sevinirəm ki, bu gün bizim ziyalılarımız məni Rəsul Rza kimi şairlə müqayisə edirlər, bu mənim üçün böyük şərəfdir.

Anar müəllim uğurlu yox, uğur günbəzinin içindədir. O, yaşlı ziyalılarımızdandır və ona hörmət hər birimizin borcudur. Adam onunla salamlaşanda belə özünə çəki-düzən verir, özünü yığışdırır, bir məsuliyyət hiss edir. Anarın varlığı elə bizim üçün hər şey deməkdir. Dua etməliyik ki, belə yazıçıları Allah xalqımıza çox görməsin”.

E.Seyidcahan bir neçə gündür Xalq yazıçısı Çingiz Abdullayevin adı ətrafında gedən qalmaqala da münasibət bildirib:

“Eləcə də bu sözlər Çingiz Abdullayevə aiddir. Ona qarşı edilən son hadisələ baxdım, ayıbdır! 44 günlük müharibədə Çingiz Abdullayev ağızlarından qan iyi gələn bəzi jurnalistlərin qarşısına çıxdı. Bəzi erməni xislətli insanların ağızlarını yumdu, özü də savadı, intellekti, diplomatik bacarığı ilə. Onu bu gün belə sözlərlə atəşə tutmaq bizə yaraşmadı. İstəməzdim belə şeylər olsun. Bizim xalqımızda çox yaxşı xüsusiyyətlər var, düzdür, amma öz ziyalısına vaxtında dəyər verməyən, onu yerə çırpanlar, gözdən salmaq istəyənlər də var”.

Tacxeber.com

Oxşar xəbərlər