NASA sosial şəbəkələrdə 2010-cu ildən Günəşi müşahidə edən kosmik rəsədxana tərəfindən (NASA-nın Günəş Dinamikası Rəsədxanası – SDO) bu yaxınlarda çəkilmiş “gülümsəyən günəş” Günəşin şəklini yerləşdirib. Alimlər bu fenomeni ulduzun tac dəliklərini öyrəndikdən sonra fərqinə vardılar.
“Ultrabənövşəyi işıqda görünən bu qaranlıq ləkələr koronal dəliklər kimi tanınır və oradan sürətli günəş küləyinin kosmosa axışması baş verir”, – agentlik bildirib.
Günəşin “təbəssümü” əslində Yer üçün təhlükə yaradır. Qara nöqtələr günəş küləyinin güclü axınının mənbəyidir və bir gün ərzində planeti güclü geomaqnit qasırğası vura bilər ki, bu da orbitdəki peyklərin, radio şəbəkələrinin və GPS-nin fəaliyyətinə təhlükə yaradır.