• 23 Noyabr 2024 00:27

Paşayeva Özbəkistan Jurnalistlər Birliyinin üzvü seçildi

Paşayeva Özbəkistan Jurnalistlər Birliyinin üzvü seçildi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyini ziyarət edib və birliyinin sədri Alimcan Usarov ilə görüşüb.

 Tacxeber.com xəbər verir ki, görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

Alimcan Umarov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, Birliyinin 1957-cü ildən fəaliyyət göstərdiyini qeyd edib.

Usarov Azərbaycan mətbuatında da ölkələrimiz arasında dostluq və əməkdaşlıq, habelə Özbəkistanın tarixi, mədəniyyəti, nailiyyətləri, bölgəyə dair materialların, məqalələrin, habelə Özbəkistan Prezidentinin irəli sürdüyü “Yeni Özbəkistan” konsepsiyasına dair obyektiv məlumatların verilməsində maraqlı olduqlarını qeyd edib.

Usarov iki ölkə arasında dostluq, habelə Özbəkistan mövzusuna daim diqqət ayıran Qənirə Paşayevaya Özbəkistan Jurnalistlər Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.

Qənirə Paşayeva ona göstərilən diqqət və etimada görə təşəkkür edərək gələcək fəaliyyətində də Özbəkistanla dostluq əlaqələrinə xüsusi önəm verəcəyini bildirib.

Sonda Jurnalistlər Birliyinin binası, press mərkəzlər, tədbir zallarına ekskursiya edilib, mövcud imkanlarla tanışlıq olub.

Tacxeber.com

Oxşar xəbərlər