• 22 Noyabr 2024 19:47

Rusiya dövlət televiziya kanalında Azərbaycana qarşı növbəti – TƏXRİBAT – FOTO

Rusiyanın dövlət telekanalı “Rossiya24”-ün efirindən Azərbaycan Respublikasının suverenyliyinə və ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib.

Tacxeber.com xəbər verir ki, oktyabrın 28-i Moskva vaxtı ilə saat 17:31-17:33-də bu telekanalın xəbərlər proqramının efirində növbəti dəfə Azərbaycan Respublikasının hüquqi-inzibati ərazi bölgüsü təhrif edilib. Aparıcı Rusiya rəhbərliyinin Qarabağ məsələsinə münasibətini şərh edərkən kadrlarda Xankəndinin erməni əski parçaları ilə bəzədilmiş küçələri fonunda təxminən yarım dəqiqə ərzində “Dağlıq Qarabağ Respublikası” yazısı, 17:33-də isə Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin keçmiş üzdəniraq rəhbəri Bako Saakyanın oktybaırn 27-də İrəvanda “Lazarev” klubundakı çıxışından sitat təqdim edilib və separatçının görüntüsünün altında “Artsax prezidenti (2007-2020)” yazısı verilib.

Xatırladaq ki, son günlər ölkəmizə qarşı oxşar təxribatlar Rusiyanın digər dövlət və özəl telekanalları tərəfindən də törədilib.

Güman edirik ki, Rusiyanın elektron mediasında yer alan bu tip ideoloji təxribatlara qarşı rəsmi Bakının uyğun reaksiyası özünü çox gözlətməyəcək.

Tacxeber.com

Oxşar xəbərlər