• 23 Noyabr 2024 01:05

Rusiya kasıb ölkələri taxılla pulsuz təmin edə bilər

Rusiya Türkiyənin də iştirakı ilə yaxın dörd ay ərzində ən kasıb ölkələri 500 min tona qədər taxılla pulsuz təmin edə bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev deyib.

Patruşev onu da bildirib ki, Rusiya Ukrayna taxılını əvəz etməyə və bütün maraqlı ölkələrə sərfəli qiymətlərlə tədarük etməyə tam hazırdır.

Qeyd edək ki, bu gün Rusiya MN Ukrayna taxılı ilə əlaqədar sazişdən çıxdığını bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər