• 27 İyul 2024 07:43

Rusiya sözünü Ermənistanın baş naziri vasitəsilə çatdırır.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının qurultayında bildirib ki, “Soçidə keçiriləcək üçtərəfli görüşdə Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 10-20 il müddətinə qədər uzadılmasına dair sənədi imzalamağa hazırdır.”

Baxın Rusiya sözünü Ermənistanın baş naziri vasitəsilə çatdırır. Putinin Valdaydakı çıxışı da onu göstərdi ki, Rusiyanın məqsədi qoşunlarını uzun müddət Azərbaycanda saxlamaqdır, ona görə də təklif edir ki, sülh müqaviləsi imzalansın amma Qarabağın statusu qeyri-müəyyən müddətə təxirə salınsın.

Nə vaxtda qədərə biz belə xəbərləri erməni mətbuatından almalıyıq, nədən Azərbaycan hakimiyyəti Rusiyanın təhdidləri və təhlükələr barədə xalqı məlumatlandırmır.

Mən deyəndə də ki, Rusiya “sülhməramlıların”ın Qarabağda qalma vaxtının uzadılması ilə bağlı sənədi çoxdan hazırdır, bəziləri yazırdı ki, tələsməyək 2025-ci ili gözləyək, o zaman yaxşı olar.

Bir daha bəyan edirəm ki, nə qədər ki, işğalçı rus qoşunları “sülhməramlı” adı ilə Azərbaycandadır, bir o qədər də biz nə siyasi azadlığımızı, nə dövlət müstəqilliyimizi, nə də bütün Azərbaycan ərazisində dövlət suverenliyimizi və yuridiksiyasımızı təmin edə bilməyəcəyik.

Hesab edirəm ki,

 1) İlham Əliyev Soçi görüşündə iştirakdan imtina etməlidir.

 2) İşğalçı rus qoşunlarının Qarabağ ərazisindən çıxarılmasına tərəfdar olan bütün siyasi qüvvələrin birgə təşəbbüsü ilə 10 noyabr 2022-ci ildə Azərbaycanda ümummilli etiraz aksiyası keçirilməlidir.

3) Türkiyə ilə hərbi-strateji ittifaq qurulmalıdır.

Bu təşəbbüsü dəstəkləyənlərdən münasibət bildirməsi xahiş olunur.

Qubad İbadoğlu

Tacxeber.com

Oxşar xəbərlər