• 25 Fevral 2024 02:01

Rusiyada tezliklə yeni səfərbərlik elan ediləcək

Rusiyada tezliklə yeni səfərbərlik elan ediləcək

Rusiya tezliklə insanları müharibəyə göndərmək üçün yeni səfərbərlik dalğasına ehtiyac duya bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O qeyd edib ki, Rusiya səfərbər olunanlardan istifadə edərək Ukraynanın mövqelərinə təzyiqi artırsa da, yeni qüvvələrin zəif təlim keçməsi yenidən səfərbərlik üçün ehtiyac yarada bilər.

Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu qismən səfərbərliyin başa çatdığı və 300 min nəfərin orduya cəlb olunduğu haqda Prezident Putinə məruzə edib.

Tacxeber.com

Oxşar xəbərlər