• 27 İyul 2024 12:46

Borrell və Quterreş taxıl dəhlizini müzakirə etdi

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Josep Borrell və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Tacxeber.com xəbər verir ki, bu barədə avropalı diplomat tviterdə yazıb.

“BMT-nin baş katibi Antonio Quterreşlə Qara dəniz razılaşmasını müzakirə etmək və Ukraynadan taxıl və gübrə ixracını təmin etmək üçün tədbirləri koordinasiya etmək məqsədilə telefon danışığım olub.

Rusiya ərzağın dəniz dəhlizi üzərindən dünyaya çatdırılmasını təmin edən razılığa qayıtmalıdır. Aİ qlobal ərzaq böhranına qarşı öz rolunu oynayacaq”, – Borrell vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər