• 23 Noyabr 2024 06:17

“İrandan Azərbaycana qarşı hərbi təxribat riski realdır” – Türkiyəli politoloq

“İrandan Azərbaycana qarşı hərbi təxribat riski realdır” - Türkiyəli politoloq

“İranın Araz çayında tanklarla keçirdiyi hərbi təlim onu göstərir ki, Tehran tərəfindən hərbi təxribat riski realdır”.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyəli politoloq, Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Həsən Oktay Haqqın.az-a müsahibəsində deyib.

“Hazırda İran Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək Zənəgzur dəhlizinin açıqlmasının qəti şəkildə əleyhinədir. Prezident Ərdoğanın İranla sərhəddəki Zəngilan hava limanının açılışında iştirakı Tehranı daha da əsəbiləşdirib“ – deyə politoloq vurğulayıb.

Oktya bununla yanaşı deyib ki, rəsmi Bakı İranla münasibətlərində xoş qonşuluq siyasətinə və tolerantlığa üstünlük verib.

“Hazırda İran İslam Respublikasının tarixində indiyə qədər görünməmiş vətəndaş itaətsiziliyi baş qalıdırb. İran dərin iqtisadi və sosial-siyasi böhrandadır. Belə vəziyyətdə islam üsul-idarəsi xalqın diqqətini sistemdaxili böhrandan yayındırmaq üçün xarici təhlükə amilini qabardır. İstisna deyil ki, Tehran bu məsələdə hədəf kimi Azərbaycanı seçə bilər. Niyə də yox? Kiçik bir hərbi qarşıdurma İran xalqını dilənçi vəzziyyətdən yayındıra bilər”.

Oktayın sözlərinə görə, Tehranın şimal qonşusuna qarşı hərbi addım qərarı ciddi nəticələr verə və İranı vətəndaş müharibəsi həddinə gətirə bilər: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycana qarşı təcavüz baş verərəsə Türkiyə və İsrail Bakının tərəfində olacaq. Bu ölkələrin orduları isə ən güclü və texniki baxımdan təchizatı yüksək olan “onluğ”a daxildir. Görünür Tehranda Şuşa Bəynnaməsiniyaxşı oxumayıblar. Həmçinin yaxşı başa düşməyiblər ki, Türkiyə və İsrailin belə sürətli yaxınlaşmasında Bakı həlledici rol oynayıb. Bununla da Bakı Yaxın Şərqdə və Cənubi Qafqazda güclü strateji “üçbucağ”ın formalaşması üçün vasitəçilik edib”.

Oktay deyib ki, İsrailə qarşı açıq təcavüzə İranın gücü çatmadığı üçün Tehran “Azərbaycandan gələn İsrail təhlükısi” haqqında tezisi ortaya atıb: “Aydındır ki, Azərbaycandan gələn təhlükə barədə deyilənlər barmaqdan sovurma sözlərdir və reallıqla heç bir əlaqəsi yoxdur. Amma bununla yanaşı anlamaq lazımdır ki, Tehrana təhlükəni şişirtmək üçün bəhanə lazımdır. Tehran artıq anti-Azərbaycan isteriyası qaldırıb. Bir neçə ay əvvəl radikal şiə qruplaşmasının Azərbaycanın Londonda səfirliyinə hucumu oldu”.

Oktay deyib ki, İranın Azərbaycana qarşı müdaxiləsi bu ölkədə yaşayan azərbaycanlıların ciddi müqaviməti ilə üzləşəcək: “İkinci Qarabağ müharibəsində biz İran azərbaycanlılarının gücünü gördük. Onlar Nurduz-Mehri sərhədində İrandan Ermənistana silah daşıyan maşınların qarşısını güc yolu ilə aldılar, yolları bağladılar. Təcrübə göstərir ki, İranda etnik xalqların yaşadığı bölgələrdə istənilən həyəcan dərhal digər regionlara yayılır. Bu o deməkdir ki, azərbaycanlıların anti-hökumət çıxışlarına kürdlər, bəluclar və hazırkı rejimə müxalif olan fars əhalisi də dəstək verəcək. Bir sözlə, Azərbaycana müdaxilə qərarı İranın üçün məğlubiyyətə çevriləcək”.

Tacxeber.com

Oxşar xəbərlər