“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola PSJ-nin hücumçusu Lionel Messinin səviyyəsindən danışıb.
O, argentinalı oyunçu ilə bağlı deyib: “Lionel Messinin taxtını ələ keçirməyə çalışanlara yazığım gəlir. Əminəm ki, bu mümkün deyil: Messi ən yaxşısıdır. Meydanda o, mükəmməl oyunçunun etməli olduğu hər şeyə qadirdir. O, bunu üç gündən bir göstərir”.
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nın əsas komandasını çalışdırıb. Həmin vaxt Messi də Kataloniya təmsilçisində oynayıb. (Qol.az)