Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov beyin travması və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Tacxeber.com xəbər verir ki, Rusiyanın hakim “Yedinaya Rossiya” partiyası bu barədə məlumat yayıb.
Şahmatçının yıxılaraq ağır xəsarətlər aldığını bildirirlər. Hazırda A.Karpov Moskvadakı N.V.Sklefasovski adına xəstəxananın Neyroreanimasiya İnstitutunda müalicə alır.