• 03 Mart 2024 19:54

Gəncədə sərnişin avtobusu qəza törətdi: yaralılar var


Göygöl-Gəncə yolunda “İsuzu” markalı sərnişin avtobusu qəzaya uğrayıb.

Tacxeber.com xəbər verir ki, hadisə zamanı avtobus VAZ-2107 və “Volksvagen Passat” markalı avtomobillərlə toqquşub.

Hadisə ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə qəza ilə bağlı müvafiq məlumat daxil olub:

“Dərhal Dövlət Yol Polis şöbəsinin əməkdaşları həmin əraziyə gəlib və hərəkətin təmin olunmasını bərpa ediblər. Hələlik sərnişinlərdən beşinin xəstəxanaya müraciət etməsi məlumdur.

Faktla bağlı araşdırmalar aparılır. Əlavə məlumat veriləcək”.

Tacxeber.com

Oxşar xəbərlər