• 22 Noyabr 2024 22:57

İmran Xanın etirazını izləyən jurnalist TIR-ın altında qaldı

İmran Xanın etirazını izləyən jurnalist TIR-ın altında qaldı

Keçmiş baş nazir İmran Xanın Lahordan Pakistanın paytaxtı İslamabada yürüşünü izləyən qadın jurnalist Sədəf Naim TIR-ın altında qalaraq, dünyasını dəyişib.  

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə jurnalist İmran xanın tərəfdarlarının yürüşünü işıqlandırarkən baş verib.

Belə ki, kütlənin qadını itələməsi nəticəsində o, avtomobilin altına düşüb.

Keçmiş baş nazir Xan, Tvitter hesabında etdiyi paylaşımda jurnalist Naimin ölümündən dərin kədərləndiyini bildirib və yürüşün bugünkü hissəsinin ləğv edildiyini açıqlayıb.

Baş nazir Şahbaz Şərif də Naimin vəfatı ilə bağlı başsağlığı mesajı verərək, ailəsinə 20 min dollar ianə veriləcəyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər