• 08 Sentyabr 2024 04:06

Moskvada oturub, “böyük Ermənistan” ideyası yayanlar…

Tanınmış rusiyalı politoloq, jurnalist Maksim Şevçenko iki erməni əsilli rusiyalı siyasətçini xalqlar arasında nifaq toxumu səpməkdə ittiham edib.

Tacxeber.com xəbər verir ki, Şevçenko öz səhifəsində bölüşdüyü videomüraciətdə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulini və rusiyalı professor, politoloq Andranik Miqranyanı illərdir Moskvada otura-otura “dənizdən-dənizə – böyük Ermənistan” ideyasını yaymaqda suçlayıb.

“Bu onların gizli missiyası idi: Azərbaycan və Gürcüstan ərazilərini zəbt etmək, orada yaşayan dinc insanlara qarşı soyqırım etmək… Bu vəhşi ideya məhvə dücar oldu. İndi isə Miqranyan canlı yayımda gürcü xalqını təhqir etməyə cəsarət edir. Bunun qarşısı alınmalıdır”, – deyə o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər